Toyuqçuluqda müvəffəqiyyət üçün genetik xüsusiyyətlərdən başqa heyvanlara yaxşı qulluq və qidalanma ilə mümkündür. Qulluq və qidalanma şərtləri uyğun olmadığı müddətdə gözlənilən məhsuldarlıq əldə edilə bilməz. Bəslənmə həm yumurta, həm də ətin keyfiyyəti baxımından çox vacibdir.
Toyuq yetişdirilməsində ən vacib şey yemdir. Yemin miqdarı və keyfiyyəti ət və yumurtaya böyük təsir edir. Buna görə yem alarkən diqqət edilməlidir. Toyuqlar otyeyən heyvanlardır, ancaq otdan kifayət qədər qida ala bilmədikləri üçün taxılla da qidalanırlar. Yemdəki enerji və protein tarazlığına baxmaq çox vacibdir. Bir toyuğun gündə istehlak etdiyi yem miqdarı 130 qrama yaxındır. Miqdarı toyuğun yaşına və cinsinə görə dəyişə bilir. Təmiz su cücələrin bədən istiliyinin tənzimləməsi üçün çox vacibdir.

Cücələr üçün nəzərdə tutulan saxlanma qaydalarına əməl edilməlidir. Bir günlük cücələr 3-4 gün əvvəldən hazırlanmış binada yerləşdirilməlidir. İlk 3 gün ərzində cücələrin saxlandığı yerdə havanın temperaturu 32-35 dərəcə təşkil etməlidir. Cücələrin saxlanıldığı yerin təmizliyinə çox diqqət yetirməlidir. Artıq bir ay sonra isə cücələr istiliyi 25-27 dərəcə olan yerdə saxlanıla bilər. 11-30 günlük cücələr üçün gündəlik yem norması 20-30 qr nəzərdə tutulması məsləhət görülür.

90-120 günlük olduqda isə 80-90 qr yem verilməlidir. Bəzi araşdırmalara  görə yumurtlayan toyuqlar üçün temperatur 18 dərəcə, optimal temperatur 13 dərəcə, bir günlük cücələr üçün isə 33—35 dərəcə və nisbi nəmlik 33%-dir. Cücələr üçün sonrakı günlər hər həftə temperatur 3-5 dərəcə aşağı salınır, lakin temperatur 22-24 dərəcədən aşağı salınmamalıdır.

Yazda və yayda toyuqlar üçün gəzinti sahəsinə yaşıllıq üçün bəzi paxlalı bitkilərin toxumları əkilə bilər. Gəzinti sahəsində hər toyuğa 8 m2 küləkdən və qızmar günəş şüasından qorumaq üçün gəzinti sahəsində kölgəlik və ya daldalanacaq yer düzəldilir. Bunun üçün talvar tikilməli və ağac əkilməlidir