Yüksək məhsuldar və sağlam heyvanlar yetişdirmək üçün buzovları istər südəmər dövrdə, istərsə də bu dövrdən sonra müəyyən sxem və normalar üzrə yetişdirmək lazımdır.
Araşdırmalara görə, həyatın ilk 3 ayında keyfiyyətli və kafi miqdarda ağız südü alan buzovların sağ qalma nisbəti% 95, kifayət qədər ağız südü içməyən və ya içməyənlərdə bu nisbətin% 30 olduğu təsbit edilib. Bu səbəblə buzovun vaxtında və kifayət qədər miqdarda ağız südü içərək verdiyi immunitet həyatda qalması üçün çox vacibdir. Həqiqi kolostrum yalnız ilk sağımdan əldə edilir.

Körpə buzova ilk dəfə ağız südü içirilməsi vacibdir. Çünki bu südün tərkibində antitel adlanan maddələr vardır ki, bunlar körpə heyvanın xəstəliyə davamlı olmasını təmin edir. Bundan başqa ağız südü, embrion dövründə körpənin bağır-sağında yığılıb toplanmış xıltın asanlıqla ifraz edilməsinə kömək edir.

Sonrakı sağımlarda alınan ağız südü immunitet maddələri baxımından ilk sağımdan alınan süddən daha zəifdir. Həqiqi ağız südü tərkibində 2 qat  quru maddə, 3 qat mineral və 5 qat çox süd zülalı var. Ağız südü enerji və vitamin baxımından da zəngindir. Xüsusilə çox miqdarda A, D və E vitaminləri olması vacibdir, çünki yeni doğulmuş buzovlarda bu vitaminlərin ehtiyatı azdır.

10-cu gündə ağız südü yetkin südə keçir.  Buzovun 1-ci ayının sonunda qaynadılmış kartof və doğranmış maye dənli bitkilər təqdim olunmağa başlayır. Həyatının ilk günlərində körpə buzovlar profilaktoriyada (zoobaytarlıq tələblərinə uyğun olan xüsusi binada) saxlanmalıdır. Profilaktoriyada buzovlar üçün ayrıca qəfəslər düzəldilməlidir. Burada buzovlar 10-15 gün saxlanmalı və öz anasının südü ilə yemlənməlidir.